Kamil Zeynallı barədə QƏRAR VERİLDİ (Yenilənib)

ÖLKƏ
17:47 / 14.12.2020
1860

Göygöl Rayon Məhkəməsi fitnes məşqçisi Kamil Zeynallı ilə bağlı qərarı açıqlayıb.

Qərara əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, K.Zeynallı dekabrın 13-ü axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayon ərazinə getməyə cəhd edib: “O, stasionar posta yaxınlaşıb, həmin əraziyə keçmək istədiyini bildirib. Polis əməkdaşları da bunun mümkünsüz olduğunu, yalnız xüsusi icazəyə malik dövlət qurumları əməkdaşlarının keçə biləcəyini deyib. Kamil Zeynalı isə israr edib, polisin qanuni tələbinə tabe olmayıb. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilib”.

***

Tanınmış fitness məşqçisi Kamil Zeynallı saxlanılıb.

HİT.Az xəbər verir ki, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb.

O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib. Hazırda barəsində məhkəmə qərarının çıxarılması gözlənilir.

0