“Rusiyanın verdiyi 6 “Tor” kompleksinin 4-nü Azərbaycan ilk 2 həftədə məhv etdi...” 

SİYASƏT
18:50 / 14.12.2020
3516

Müharibənin ilk 2 həftəsində Qarabağdakı erməni silahlı birləşmələri Moskvanın Yerevana verdiyi 6 “Tor-M2KM” zenit-raket komplekslərinin 4-nü itirdi. Ümumiyyətlə, Qarabağdakı bütün hava hücumundan müdafiə sisteminin yarısından çoxu sentyabrın 27-də, müharibənin ilk 4 saatı ərzində məhv edilmişdi.

Bunu qondarma “dqr”in “təhlükəsizlik şurası”nın keçmiş katibi (müharibənin kapitulasiya ilə başa çatmasından sonra istefa verib) general Samvel Babayan deyib.

O bildirib ki, 6 “Buk” zenit-raket kompleksindən cəmi 1-i döyüş qabiliyyətində idi. Bundan əlavə, hərbi əməliyyatların lap əvvəlində Azərbaycan qüvvələri 10 “Osa” zenit-raket kompleksini və bir S-300 zenit-raket kompleksini məhv etdi. Babayan onu da etiraf edib ki, müharibə başlayanda erməni ordusunda tam acınacaqlı vəziyyət hökm sürürdü, elə müharibənin ilk günlərindəcə əsgər və zabitlər arasında fərarilik başlamışdı. “Ona görə də son 10 il ərzində işləmiş qərargah rəislərinin, nazirlərin, ali baş komandanların hamısı günahkardır”,-o bildirir.

Babayan onu da deyib ki, müharibə təzə başlayanda Qarabağda 20 minə yaxın canlı qüvvə döyüşə qatılmışdı, səfərbərliklə əlavə 8 minlik canlı qüvvə də formalaşdırılıb. Amma onlardan 3 mini Ermənistanda “oturub” və döyüşlərə qatılmaqdan yayınıb.

Samvel Babayanın bildirdiyinə görə, onların işlək vəziyyətdə olmayan “Buk” zenit-raket komplekslərini təmir etmək üçün Moskvadan göndəriləcək təmir briqadasını gözləyirdilər...

0
Virtualaz.org