Uşaqlar Şaxta Baba ilə məsafə saxlamalıdır - ÜST-dən xəbərdarlıq

DÜNYA
10:43 / 15.12.2020
767

Ümumdünya Səhiyyə Təşkilatı əmindir ki, Şaxta Babanın yaşına baxmayaraq COVID-19-a qarşı immuniteti var və bu il hər kəsə hədiyyə paylayacaq.

Yenisabah.az xəbər verir ki, bunu ÜST-nin texniki eksperti Mariya Van Kerkhoven bildirib.

“Şaxta Baba risk qrupuna daxil olduğu üçün dünya uşaqlarının narahatlıqlarını bölüşürük. Ancaq onun bu virusa qarşı immunitetinin olduğunu deyə bilərəm. Onunla qısa bir söhbət etdik, hər şey qaydasındadır. Dünyanın bir çox dövlət başçıları, Şaxta Babanın gəlməsi üçün karantin məhdudiyyətlərini yumşaldıblar. Beləliklə, Şaxta Baba bütün hədiyyələri çatdıracaq”deyə, ÜST rəsmisi bildirib.

Mütəxəssis vurğulayıb ki, uşaqlar Şaxta Baba ilə məsafə saxlamalıdır.

0