Rusiyanın "Zvezda" kanalının müxbiri İqor Lapik Laçın dəhlizinə gedib.
O, bölgədə mövcud vəziyyəti göstərən qısa video çəkib.
Lapik hərbi əməliyyat izlərinin hər yerdə göründüyünü, yol nişanlarının mərmi izləri ilə örtüldüyünü və yol boyu hərbçilərin olduğunu söyləyib.
Daha sonra o, müvafiq istiqaməti göstərərək "yaxınlıqda Şuşa şəhəri və bir-iki gün əvvəl bərpa edilmiş Azərbaycan ərazisindəki elektrik stansiyası var", - deyə qeyd edib.
Jurnalist Laçın dəhlizi bölgəsinə daxil olduqdan sonra mobil operatordan “Dünyanın ilk neft quyusunu qazan ölkəyə xoş gəlmisiniz” yazısı ilə SMS gəldiyini, yəni Azərbaycana gəldiyini bildirib.
Mediapost.az