Prezident Elman Abdullayevə yeni vəzifə verdi

ÖLKƏ
13:37 / 16.12.2020
939

Prezident Elman Abdullayevlə bağlı sərəncam verib.

HİT.Az xəbər verir ki, sərəncama əsasən, Elman Telman oğlu Abdullayev Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə E. Abdullayev Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

0