Karantini pozanlar daha böyük məbləğdə CƏRİMƏLƏNƏCƏK

ÖLKƏ
14:24 / 16.12.2020
750

Azərbaycanda karantin rejimini pozanlar daha böyük məbləğdə cərimə ediləcək. 

HİT.Az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslərin 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs olunması, hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir.

Hazırda isə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadəkmüddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

0