Yevlaxın iki kəndində toy edənlər saxlanıldı

ÖLKƏ
14:42 / 16.12.2020
688

Yevlaxda toy məclisi təşkil edən şəxslər müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan HİT.Az-a verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Marzılı və Hacı Mahmudlu kəndlərində fərdi yaşayış evlərində toy məclisi təşkil edən şəxslər müəyyən ediliblər.

Xüsusi karantin rejimi qaydalarını pozan toy məclislərinin təşkilatçıları olan 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

0