Azərbaycanda zəlzələ oldu

ÖLKƏ
09:14 / 17.12.2020
1092

Masallı rayonunda 3 maqnitudada zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:13-də qeydə alınıb.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

1