Bir müddətdir ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif küçə və prospektlərindəki işıqfor obyektlərində taymerlərin sökülməsi işərinə başlanılıb.
Agentliyin mətbuat katibi Mais Ağayev deyib ki, əsas səbəb təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlıdır.
O bildirib ki, taymeri olan işıqforlara yaxınlaşan sürücülər onların son saniyəsində manevr etmək imkanlarını düzgün dəyərləndirə bilmir və sürəti artıraraq qarşı tərəfə keçmək istəyir. Bu zaman da ağır nəticələrə səbəb olan yol- nəqliyyat hadisələri baş verir.
Sadəcə sürücülər üçün deyil, eyni zamanda piyadaların təhlükəsizliyi üçün də müəyyən addımların atıldığını deyən qurum rəsmisi bildirib ki, işıqforlarda piyadalar üçün taymerlər və işıq siqnalları da quraşdırılacaq.