Azərbaycan çempionu koronavirusdan vəfat etdi

İDMAN
12:42 / 17.12.2020
1573

Bakının "İnter" klubunun (hazırkı "Keşlə) sabiq baş məşqçisi Valentin Khodukin vəfat edib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, 81 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Valentin Khodukin 2006 - 2009-cu illərdə Bakı klubunda işləyib. O, 2007/2008 mövsümündə komanda ilə ölkə çempionu olub.

0