Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Zığ qəsəbəsində yerləşən modul tipli hospitalında koronavirusdan müalicə olunan həkim vəfat edib.
HİT.Az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Virusa yolxduğuna görə hospitala yerləşdirilən Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 1958-ci il təvəllüdlü Ələkbərov Seymur Əhməd oğlu dünyasını dəyişib.
İxtisasca cərrah olan S.Ələkbərovun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.