Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi

İDMAN
15:55 / 17.12.2020
1236

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.

HİT.Az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Fransanı təmsil edən erməni Arman Yeloyanla üz-üzə gəlib.

Qvarzatilov rəqibini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

0