Şuşanın bu kəndində erməni terrorçular qalır: Vəziyyət gərgindir - VİDEO

ÖLKƏ
16:40 / 17.12.2020
2489

Erməni terrorçular hələ də Şuşanın Turşsu kəndində qalırlar.

Ermənilərin "könüllü dəstə” dedikləri qruplaşmanın komandiri Volodya Avetisyan "Jamanak” qəzetinə mövqelərində qaldıqlarını açıqlayıb. 

"Burada vəziyyət çox gərgindir, bütün gecəni növbə çəkirik, biz hələ də burdayıq, hər an nəsə baş verə bilər” - terrorçuların rəhbəri bildirib. 

Üçtərəfli razılaşmaya əsasən erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tamamilə tərk etməlidir. Lakin hələ də meşələrdə və dağlarda erməni terrorçuların olmasının bir neçə səbəbi var. 

Birincisi, Ermənistanın kapitulyasiyasından sonra ölkədə xaos yaranıb və idarəçilik tamamilə itib. Erməni silahlı qruplaşmalarının bəziləri bölgədən çıxa bilmir, bəziləri isə qalaraq döyüşmək istəyir. 

İkincisi, idarəçiliyin alt-üst olduğu Ermənistanda hərbi dairələr Azərbaycana qarşı yeni təxribat hücumları törətmək üçün Qarabağa yeni qüvvələr göndərirlər. DTX-nin Xocavənddə keçirdiyi anti-terror əməliyyatından sonra əsir düşən ermənilərin dediklərinə görə, onlar noyabrın 16-da – üçtərəfli razılaşmadan 6 gün sonra Qarabağa göndərilib. 

Hazırda Qarabağda anti-terror əməliyyatı davam edir. Ordumuzun son əməliyyatları nəticəsində 160-dan çox erməni terrorçu əsir götürülüb, onların bir çoxu sülhməramlılara təhvil verilib.

İndi Şuşanın Turşsu kəndi nöbəti anti-terror əməliyyatının ünvanı ola bilər. Çünki terrorçuların rəhbəri Volodya Avetisyan geri çəkilməyəcəklərini deyir. Bu halda iki çıxış yolu var: ya sülhməramlılar erməni silahlılarını təcili şəkildə ərazidən çıxarmalı, Ermənistana göndərməlidir; ya da Azərbaycan anti-terror əməliyyatı ilə ərazini təmizləyəcək.

2
publika.az