Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı son savaşın kənardan təhrik edilmədiyini bildirib.
HİT.Az xəbər verir ki, o, artıq bir neçə ildir gərginliyin artdığını qeyd edib.
Putin qeyd edib ki, Türkiyənin mövqeyi Ankaranın haqlı saydığı Azərbaycanı müdafiə etməkdir. Ermənistan özü də heç vaxt Dağlıq Qarabağı tanımayıb. "Ancaq burada hər tərəfin öz həqiqəti var, hər şey daha mürəkkəbdir. Bu il yaranmış vəziyyət budur”, - Putin deyib.
Münaqişə tərəfləri 10 noyabr atəşkəs razılaşması ilə müəyyən edilmiş mövqelərdə qalmalıdırlar. Maddələrin tətbiqi ilə bağlı müəyyən problemlər var, onların həll edilməsi lazımdır.
Rus sülhməramlılarının sayında artım mümkündür, ancaq bu tədbir təsdiqləndikdən və razılaşdırıldıqdan sonra ola bilər:
"Bütün tərəflər bunun lazım olduğu barədə bir razılığa gəlsələr, bunu edəcəyik".