Koronaya qarşı peyvəndləmə nə vaxt başlayacaq? - PREZİDENT AÇIQLADI

ÖLKƏ
13:42 / 18.12.2020
3272

Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.

Hit.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.

Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.  

Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib. 

0