İlham Əliyevdən Rusiya sülhməramlılarının fəaliyyətiylə bağlı AÇIQLAMA

SİYASƏT
14:26 / 18.12.2020
1893

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının çox uğurlu olduğunu deyib.

Bu barədə o, MDB ölkələri Dövlət Başçıları Şurasının onlayn keçirilən iclasında bildirib.

“Bu (sülhməramlı missiya) çox uğurla həyata keçirilir, Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim təmasdadır”, - deyə dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə üçtərəfli bəyanatının imzalanmasından bəri yalnız bir hadisə qeydə alınıb ki, buna da Azərbaycan tərəfinin dediyinə görə, Ermənistan hakimiyyəti tərəfindən idarə olunmayan qondarma qruplaşmalar tərəfindən təhrik edilib.

İlham Əliyev qeyd edib ki, hadisə bir gün ərzində həll edilib. Atəşkəsə əməl olunur və bu, hər gün get-gedə daha da güclənəcək.

0
Oxu.az