Daha 35 erməni hərbçisinin meyiti tapıldı

SİYASƏT
14:58 / 18.12.2020
927

Füzuli, Cəbrayıl və Hadrut istiqamətində daha 35 erməni hərbçinin meyiti tapılıb.

Bu barədə “sputnik armenia” saytı məlumat yayıb. Bildirilib ki, bu günə qədər 969 itkinin cəsədi tapılıb. 

Qeyd olunub ki, Füzuli, Cəbrayıl və Hadrutda axtarış işləri davam etdirilir.

Axtarışda itkin düşən əsgərlərin yaxınları və əraziyə bələd olan könüllülər iştirak edir.

Xatırladaq ki, dekabrın 11-də Ermənistan Səhiyyə Nazirliyi 2996 hərbçi cəsədinin məhkəmə-tibbi ekspertizasının keçirildiyini bildirmişdi.

0
Qafqazinfo.az