Sərhəddəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi - Ermənilər təşviş içində

SİYASƏT
16:11 / 18.12.2020
4694

Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası sənədlərə əsasən aparılır.

Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Qriqoryan Müdafiə Nazirliyinin bəyanatını təkrarlayaraq qeyd edib ki, Ermənistan öz ərazilərini güzəştə getməyəcək.

O, sərhəd zonasındakı yüksəkliklərin Azərbaycana qaytarılması ilə Ermənistan ərazisindəki yaşayış məntəqələrinin də nəzarətə götürülə biləcəyi barədə mülahizələrə cavab olaraq bildirib:  “Doğrudur, bu bizim üçün bir çox çətinliklər yaradır. Lakin biz başa düşməliyik ki, hazırda sərhədlərin delimitasiyası həyata keçirilir. Danışıqlar isə sənədlər əsasında aparılır”.

Bundan əvvəl Qafanın meri Qevork Parsyan bəyan etmişdi ki, erməni silahlı qüvvələrinin geri çəkilməsi nəticəsində 12 kənd Azərbaycanın  hədəfinə düşüb. “Söhbət  David-Bek, Kaxnut, Ujanis, Eqvard, Aqarah, Ditsmayri, Sünik, Qexanuş, Çakaten, Şikaox, Nerkin And və Tsav kəndlərindən gedir”, - deyə o bildirmişdi.

Erməni silahlı qüvvələrinin mövqelərindən geri çəkilməsi sərhədlərin delimitasiya və demarkasiya prosesi çərçivəsində baş verib. Bu isə etirazlara səbəb olub.

1
Yenisabah.az