Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi

ÖLKƏ
17:02 / 18.12.2020
958

Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti, professor Şərif Mahalov bu gün vəfat edib.

HİT.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Tibb Universitetindən məlumat verilib.

Şərif İslam oğlu Mahalov 1939-cu ildə anadan olub. 1964-cü idə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1972-ci ildə namizədlik, 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda “Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Ş.Mahalov 250-dən çox elmi metodik işin, iki monoqrafiyanın müəllifidir.

2000-ci ildə “Əməkdar həkim”, 2009-cu ildə “Əməkdar Elm Xadimi” adlarına layiq görülüb.

1