İlham Əliyev: Ağdamın vəziyyəti Hiroşimadan betərdir

ÖLKƏ
17:30 / 18.12.2020
806

“Ağdam şəhərini – ondan qalan yerləri – ziyarət edən əcnəbi jurnalistlər oranı Qafqazın Hiroşiması adlandırırlar. Fikrimcə, bu Hiroşimadan da betərdir”.

HİT.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Hiroşima faciədir, ancaq onun üzərindən vandal və barbar yığını keçməyib. Ağdam şəhəri işğaldan sonra şüurlu, məqsədyönlü şəkildə dağılıb. Füzuli şəhəri də eyni durumdadır. Biz oranı azad edəndən sonra mən Azərbaycan bayrağının evlərin birindən yüksəldilməsini əmr edəndə mənə deyildi ki, belə bir bina yoxdur. Hər şeyi yerlə yeksən ediblər. Eyni vəziyyət Cəbrayılda da var. O da mövcud deyil. Qeyri-qanuni məskunlaşmanın aparıldığı şəhərlərdə müəyyən binalar qalırdı, xüsusilə Kəlbəcər rayonunda. Ancaq onlar ermənilərə tərk etmək üçün verilən müddət ərzində yandırılıldı və dağıdıldılar. Onlar evləri dağıdırdılar, o evləri ki, heç özləri tikməyiblər. Onlar sadəcə azərbaycanlıların evlərinə məskunlaşmışdılar. Onlar evləri yandırırdılar. Onlar ağacları kəsirdilər. Hətta satmaq üçün kəsdikləri ağacları apara bilməyəndə yolun kənarına atırdılar. Meşələri yandırırdılar. Yəni vandalizm indiyədək davam edib”, - dövlət başçısı bildirib.

0