Prezident Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul etdi

SİYASƏT
18:50 / 18.12.2020
1255

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib.

HİT.Az xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirilib.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

0