1300-dək şəhid ailəsinə pensiya, müavinət və təqaüd təyin olundu

ÖLKƏ
19:05 / 18.12.2020
622

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirilir.

HİT.Az xəbər verir ki, fond 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən artıq 1300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin – Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

0