Azərbaycanda dərman şirkəti bağlandı

ÖLKƏ
11:17 / 19.12.2020
872

Azərbaycanda topdan satış dərman şirkəti olan Farmetik MMC fəaliyyətini dayandırıb. 

Farmetik MMC ləğv olunduğunu elan edib. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Nərimanov rayonu, M.K.Atatürk küçəsi, ev 44A  ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Farmetik  MMC 2004-cü  ildən  fəaliyyət  göstərir. Dərman  preparatlarının  xarici dövlətlərdən  alışı və Azərbaycanda topdan satışı ilə məşğul olur. Şirkət Türkiyənin "Asfarma" şirkətinin nümayəndəliyi olaraq fəaliyyət göstərib. Nizamnamə kapitalı 1000 dollar olan MMC-nin qanuni təmsilçisi Türkiyə vətəndaşı İrfan Baskurtdur. 

0
Mediapost.az