İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
"Qafqazinfo"nun məlumatına görə, söhbət Əhmədli Qardaşxan Elxan oğlundan gedir. 1 aydan çoxdur axtarılan Qardaşxan sonuncu dəfə ailəsi ilə 30 oktyabrda – Şuşa döyüşləri zamanı əlaqə saxlayıb.
Lənkəranın Osaküçə kəndində anadan olan şəhid Bakıda dəfn olunub.
Qeyd edək ki, Əhmədli Qardaşxanın bu yaxınlarda övladı dünyaya gələcək.