Putindən Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı daha bir AÇIQLAMA

SİYASƏT
15:33 / 21.12.2020
1107

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyi Kollegiyasının geniş iclasında Qarabağdakı Rusiya sülhməramlıları barədə danışıb.

“RİA Novosti” xəbər verir ki, o, Rusiya sülhməramlılarının Qarabağda təhlükəsizliyin qarantı olduğunu deyib:

“Sülhməramlılar humanitar vəziyyətin yaxşılaşması, ərazilərin minalardan təmizlənməsi, sosial infrastrukturun bərpası üçün əllərindən gələni edirlər.

Onlar bu torpaqlara dinc həyatın qayıtması üçün həyatlarını riskə atırlar”.

0
oxu.az