Ermənilərin Xankəndidə satışa çıxardığı evləri azərbaycanlılar ala bilər?

ÖLKƏ
16:55 / 21.12.2020
3594

Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsindən sonra pessimizmə yuvarlanan Dağlıq Qarabağdakı mülki ermənilər Xankəndidəki evlərini satışa çıxarıblar. Belə ki, ermənilər daşınmaz əmlakın satışı və icarəsi ilə ixtisaslaşan “List.am”da mənzillərin satışı ilə bağlı çoxsaylı elan yerləşdiriblər. Bu elənların sayının 80-i ötdüyü bildirilir.

Sosial şəbəkələrdə gedən müzakirələrdə həmin evlərin azərbaycanlılar tərəfindən alınması məqsədəuyğun hesab edilir.

Məsələ ilə bağlı modern.az-a danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə deyib ki, bu, hələ ki hüquqi cəhətdən mümkün deyil:

"Bu gün azərbaycanlıların Xankəndidə satışa çıxarılan mənzilləri alması qeyri-realdır. Qüvvədə olan qanunlar Azərbaycan vətəndaşının ermənidən mənzil almasına imkan vermir. Bunun üçün hüquqi tənzimləmə yoxdur. Bütün sahələr hüquqi müstəvidə tənzimləndikdən sonra həmin daşınmaz əmlakın Azərbaycan vətəndaşı tərəfindən alınması mümkün ola bilər. Dağlıq Qarabağda, eləcə də Xankəndidə yaşayan ermənilər həmin əmlakları ala bilərlər. Amma Azərbaycan vətəndaşı olan azərbaycanlının ermənidən əmlak satın alması hələ ki mümkün deyil".

Ekspert qeyd edib ki, azərbaycanlıların Xankəndidə daşınmaz əmlak satın alması qanun çərçivəsində tənzimləmələr aparıldıqdan sonra reallaşa bilər.

0