Sosial şəbəkələrdə 187 saylı məktəbin direktoru Nailə Məmmədova haqqında video yayılıb.
HİT.Az xəbər verir ki, məktəb direktorunun özünə yubiley mərasimi keçirdiyi deyilir. Videodan aydın görünür ki, direktor sərt karantin qaydalarını pozaraq, 60 yaşını qeyd edib.
Hüquq mühafizə orqanlarında Baku.ws-ə bildirilib ki, yayılan video ilə bağlı araşdırma aparılır. Onun köhnə yaxud da yeni olması müəyyənləşdirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən kütləvi toplaşmaq, məclislər təşkil etmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə(Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə nəzərdə tutulur.