Ermənistan: 3248 əsgərimiz ölüb, 1853-nün adını açıqlamışıq

DÜNYA
17:46 / 22.12.2020
1014

II Qarabağ müharibəsi zamanı Ermənistanın ölən hərbçilərinin sayı 3248 nəfərdir.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan deyib. O, Ermənistanın yalnız 1853 nəfər hərbçinin adını açıqladığını bildirib. Nikoqosyan digər ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmanın aparıldığını söyləyib.

Qeyd edək ki, bu rəqəm Ermənistan hakimiyyətinin ölənlərin sayını gizlətdiyini bir daha təsdiqləyir. Belə ki, Ermənistan ordusunun şəxsi heyətinin 40 faiz, texnikasının 85 faiz məhv edildiyini erməni generallar özləri elan edib.

0