"Azərbaycan ərazilərinin işğaldan azad edilməsi İranın iqtisadi fəaliyyətinə müsbət təsir göstərəcək".
"İRNA"nın xəbərinə görə, bunu İran prezidenti Həsən Ruhani hökumətin bugün keçirilən iclasında çıxış edərkən deyib.
Ruhani qeyd edib ki, Qarabağ müharibəsi nəticəsində Azərbaycan-İran sərhədi işğaldan azad edilib.
"Azərbaycan ərazilərinin azad edilməsinin ilk müsbət nəticəsi, Azərbaycan ilə İran arasında Xudafərin hidroelektrik kompleksi ilə bağlı yekun bir razılığın əldə edilməsidir",-deyə İran prezidenti bildirib.
Ruhani hidroelektrik kompleksinin tezliklə istifadəyə veriləcəyini də əlavə edib: "120 min hektar İran ərazisini su ilə təmin edə bilər".
“Qafqazinfo”