“Azərbaycanın əmək bazarında şəffaflaşma proseslərinin davam edəcəyini nəzərə alaraq, 2021-ci ildə orta aylıq əməkhaqqı 727 manat məbləğində proqnozlaşdırılır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“2020-ci ildə isə orta maaşın 702 manat olması gözlənilirdi”, - o deyib.
Report.az