30 ildən sonra Cıdır düzündə Bayatı-Şiraz oxundu - VİDEO

ÖLKƏ
17:32 / 23.12.2020
1585

30 ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə konsert proqramı keçirilib.

HİT.Az xəbər verir ki, konsert proqramı Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət mərkəzi tərəfindən təşkil edilib.

Konsert zamanı bir sıra mahnılar səslənləndirilib, o cümlədən Bayatı-Şiraz ifa olunub.

Qeyd edək ki, DTX Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

 

0