Koronavirusun yeni mutasiyasının təhlükəsi barədə XƏBƏRDARLIQ

DÜNYA
10:04 / 24.12.2020
949

Koronavirusun növbəti mutasiyası insanlar üçün hazırda mövcud olandan daha təhlükəli ola bilər.

Bu barədə Molekulyar Təkamül Sektoru üzrə professor Skoltera Georgi Bazıkin “RİA Novosti”yə müsahibəsində deyib.

“Bu cür mutasiyaların hazırda mövcudluğuna dair bir məlumat yoxdur. Ancaq gələcəkdə ortaya çıxacaqlarını istisna etmək olmaz”, - deyə ekspert vurğulayıb.

Alim əsas təbii seleksiyanın virusun yeni variantlarının yaranmasına kömək etdiyini deyib. O həm də qeyd edib ki, mutasiyalar həmişə patogeni daha təhlükəli etmir, lakin virusun belə inkişafı da mümkündür.

0
oxu.az