Türkiyənin TRT kanalı AzTV-yə onlara birgə platforma şəklində uşaq kanalının yaradılması üçün müraciət edib.
HİT.Az Trend-ə istinadla xəbər verir ki, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.
Onun sözlərinə görə, uşaq kanalının yaradılması 5 ayın, 1 ilin işi deyil. Bu kanalın yaradılması üçün bir neçə il lazımdır:
“ARB-Günəş kanalı var. Amma TRT-nin istədiyi budur ki, bunu AzTV ilə reallaşdırsın. Bunun üçün güclü heyət, texniki imkanlar lazımdır. Bunun üçün yeni layihələr işlənməlidir. Milli uşaq televiziyasının yaradılması üçün iş aparılır, amma buna zaman lazımdır”.
R.Məmmədov qeyd edib ki, uşaq kanalı ən çox maliyyə xərci aparan kanaldır.