Sarkisyanın bu açıqlaması Ermənistanı qarışdırdı

SİYASƏT
09:30 / 26.12.2020
1617

"Respublika" partiyasının lideri Aram Sarkisyan bu günlərdə İctimai televiziya kanalına verdiyi müsahibədə bildirdi ki, "Xəritəyə görə, Şurnux kəndi azərbaycanlılarındır. Sovet İttifaqının mövcudluğunun son dövründə İrana sement satarkən, 30 avtomobildən ibarət kortejlə Tat yolundan keçdik. O zaman Şurnux və digərləri Azərbaycan kəndləri idi".

HİT.Az Konkret.az-a istinadən xəbər verir ki, Aram Sarkisyanın bu açıqlaması Ermənistanı qarışdırıb.

"Təəccüblüdür ki, əgər bu torpaqlar azərbaycanlıların idisə, onda Aram Sarkisyan niyə onların azad edildiyini bəyan edir. Beləcə, Aram Sarkisyan dolayı yolla qardaşı, keçmiş könüllü batalyon komandiri, sabiq baş nazir Vazgen Sarkisyanı Azərbaycan torpaqlarını işğal etməkdə günahlandırır. Onu hərbi cinayətkar və təcavüzkar hesab edir. Əlbəttə ki, Şuşanın təslimindən sonra da Aram Sarkisyanın Paşinyana dəstək verməyə davam etdiyini nəzərə alsaq, ondan fərqli bir şey gözləmək mənasızdır".

0