Sabiq icra başçılarının istintaqı yekunlaşdı - Məhkəmələri başlayır

ÖLKƏ
10:49 / 26.12.2020
652

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Ağstafa və Yevlax İcra Hakimiyyətlərinin sabiq başçılarının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovun cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Onun məhkəmə prosesi hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək.

Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun da məhkəmə işi birlikdə baş tutacaq. Onların məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək.

Onlar hər üçü külli miqdarda rüşvət almaqda ittiham edilirlər.

***

N.Quliyev və R.Tatarovun məhkəməsinin vaxtı təyin edilib. İlkin hazırlıq iclası yanvarın 19-da keçiriləcək.

0
Qafqazinfo.az