Azərbaycanın əməkdar artisti vəfat etdi

MƏDƏNİYYƏT
16:06 / 26.12.2020
1960

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.

Bu barədə teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib.

O, aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.

A.Mustafayeva bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

"Sehirli xalat”, "Yeddi oğul istərəm”, "Aktirsanın təbəssümü”, "Şir evdən getdi”, "Cavanşir” və başqa filmlərdə çəkilib.

Allah rəhmət eləsin!

0