Oğluna toy etmək istəyən şəxs cərimələndi

ÖLKƏ
17:10 / 26.12.2020
1158

Lənkəranda evdə toy məclisi keçirildiyi aşkar olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıb.

Toy məclisinin təşkilatçısı M.Əmirov və daha 2 nəfər barəsində karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər.

0