Nəsimi Rayon Məhkəməsində Azərbaycanda müharibə cinayətləri və terrorçuluq əməlləri törətmiş ermənilər barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılıb.
HİT.Az xəbər verir ki, hakim Ramin Xəlilovun sədrlik etdiyi iclaslarda təqdimat təmin edilib və qiyabi qərar çıxarılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 100-cü (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı (başqasının əmlakı məhv etmə), 218-ci (cinayətkar birlik (təşkilat) yaratma), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə başlanmış cinayət işi üzrə Qareqin Xalycyan, Ruslan Peklivanyan, Armen Martoyan, Sipan Mouradian, Ardas Oksuzyan və Qalust Trapizonyan, Tonayan David Samveloviç, Qaro Karapetyan, Eduar Saakyan, Viktor Aleksandrov, Aleksnadr Anaxasyan, Andrey Aksuzyan, Seyran Kocamanyan, Armen Martoyan təqsirləndirilirlər.