Mərkəzi Banka yeni səlahiyyət verildi

İQTİSADİYYAT
15:25 / 31.12.2020
892

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

HİT.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Dəyişikliyə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklərlə yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankı da müdafiə edəcək. 

0