“Bürc-Xəlifə” Azərbaycan bayrağına boyandı - VİDEO

ÖLKƏ
13:50 / 01.01.2021
713

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın dövlət bayrağı əks edilib.

HİT.Az xəbər verir ki, görüntülər Rusiyanın RT telekanalının yutub hesabında yerləşdirilib.

Dubayın simvolu, dünyanın ən hündür binası olan “Bürc Xəlifə” gecə saatlarında Azərbaycan bayrağının rənglərinə boyanıb.

Qeyd edək ki, “Bürc Xəlifə”nin hündürlüyü 828 metr təşkil edir və 163 mərtəbədən ibarətdir.

0