Ermənistan Qarabağdakı itkilərini açıqladı

SİYASƏT
10:04 / 03.01.2021
2309

"1 yanvar tarixindək Dağlıq Qarabağda həlak olan 3330 nəfərin qalıqları ilə bağlı məhkəmə-tibbi ekspertizası aparılıb".

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqhosyan  "Facebook"da yazıb.

Onun sözlərinə görə, döyüş əməliyyatları başlayandan - 27 sentyabr tarixindən bu yana 1441 ölmüş hərbçidən genetik material nümunələrin götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsəd (onlardan 66-sı son 10 gündə) müəyyən edilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin mütəxəssisləri genetik analizatorlardan istifadə edərək tədqiqatları davam etdirirlər.

0
Qaynarinfo.az