Vətən Müharibəsinin ilk günlərindən itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Söhbət 1999-cu il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cabbarov Oruc Akif oğlundan gedir.
Şəhid O.Cabbarov ötən gün doğulduğu Yevlax rayonun Nərimanabad kəndində dəfn edilib.
Qeyd edək ki, sentyabrın 27-dən döyüşlərə qatılan şəhid ailəsiylə sonuncu dəfə oktyabrın 4-də əlaqə saxlayıb. Onun Suqovuşan istiqamətində şəhid olduğu bildirilir.
Allah rəhmət eləsin!