Rusiya FHN Ağdamı minalardan təmizləyəcək

SİYASƏT
11:49 / 04.01.2021
680

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam rayonunda minadan təmizləmə işləri həyata keçiriləcək. 

"TASS" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib. 

"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi xilasedicilərlə birlikdə Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsi üzrə tapşırıqları yerinə yetirmək üçün 4 yanvarda Azərbaycan Respublikasına uçub. Humanitar missiya çərçivəsində partlayıcı qurğular üzrə mütəxəssislər Ağdam bölgəsində işləyəcək", - nazirliyin məlumatında deyilir.

1
“Qafqazinfo”