"2020-ci ilin ən axmaq, aşağı zəkalı zarafatını Ermənistanın baş naziri Nikol Paşinyan etdi".
HİT.Az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.
"Paşinyan "Biz Azərbaycana verdiyi dəstək səbəbindən Türkiyəyə sanksiya tətbiq etdik. Türk iqtisadiyyatını iflic hala saldıq. Əgər Türkiyə dəstək göstərməkdən imtina etsə, türk iqtisadiyyatının düzəlməsinə yenidən töhfə verə bilərik" dedi. Bunu 2020-ci ilin ən axmaq zarafatı kimi dəyərləndirmək mümkündür", - deyə Çelik bildirib.