Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfi (TÜRKSAV) bu il "19 May Türk Dünyası Diriliş Mükafatı"nı Azərbaycan Prezidenti İlham Əliyevə verib.
HİT.Az xəbər verir ki, bu haqda Vəqfin İdarə Heyətinin sədri Yahya Akengin açıqlama verib. O, 2020-ci ildə Azərbaycan Ordusunun böyük zəfər qazandığını və bu qalibiyyətin arxasında da məhz Prezident İlham Əliyevin dayandığını bildirib.