Qarşı tərəfdə 2 mülki vətəndaşımız saxlanılır - Açıqlama

ÖLKƏ
14:11 / 05.01.2021
897

“Hazırda qarşı tərəfdə 2 mülki vətəndaşımız saxlanılır”. 

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, bugünkü konfransda əsirlikdən qurtarılmış 7 hərbi qulluqçumuz iştirak edir. 

İ.Axundov əlavə edib ki, bu günədək döyüş bölgəsindən 334 Azərbaycan hərbçisinin, 988 erməni hərbçisinin meyiti çıxarılıb: “Hazırda bu proses davam edir”.

0
Qafqazinfo.az