Daşınmaz əmlakla bağlı tariflər də artırılıb - SİYAHI

İQTİSADİYYAT
14:38 / 05.01.2021
2277

“Diqqət benzin və dizelin qiymətinə yönəlib, amma daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb”.

HİT.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O, bəzi məqamları diqqətə çatdırıb: “Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 kvadrat metri 40 qəpik olduğu halda artımdan sonra 85 qəpiyə çatırılıb.

Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:

- sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)

- sahəsi 100 m2-dən 500 m2-dək - maksimum 980 AZN (əvvəl 490 AZN)

Mənzillər üzrə:

- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (əvvəl 20 qəpik)

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):

- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN

- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN (Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib).

Həyətyanı və bağ sahələri üzrə:

- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN)

6