“Erməni tərəfinin itkiləri yeddi mini keçib” - VİDEO

SİYASƏT
15:28 / 05.01.2021
1308

Qarabağda baş vermiş döyüşlərin aktiv fazasının sona çatmasından iki aya yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan hökuməti hələ də itkilərinin sayı barədə dəqiq məlumatları ölkə ictimaiyyəti ilə paylaşmayıb.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında qeyd olunub.

Ermənilər tərəfindən itkilərin sayı barədə ayrı-ayrı tarix və zaman aralığına aid olduqca müxtəlif rəqəmlər səsləndirilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan yanvarın 2-də 3330 erməni döyüşçünün öldürüldüyünü təsdiqləyib. A.Nikoqosyanın açıqlamasına diqqət yetirdikdə, bu rəqəmin hələlik ekspertizadan keçməyən və şəxsiyyəti müəyyən edilməyənlərlə birlikdə ən azı 4335 olduğu ortaya çıxır.

Separatçı rejimin açıqlamalarındakı rəqəmlər də nəzərə alındıqda, bu rəqəm 5490-a qədər yüksəlir.  

Ermənistanın Vəhşi Təbiətin Mühafizəsi Fondunun açıqlamasından bu rəqəmin altı minə qədər yüksəldiyini söyləmək olar.

Lakin erməni tərəfinin heç bir siyahıda adı olmayan döyüşçüləri də olub. Belə ki, Ermənistan hökuməti hətta xaricdən gələn bir çox ermənini də heç bir siyahıyaalma olmadan silahlandıraraq, cəbhəyə göndərib. Siyahısı tutulmayan döyüşçülərin adını isə itkilərin siyahısında görmək mümkün deyil.

Belə olan halda müharibə zamanı erməni tərəfinin itkilərinin ümumilikdə yeddi mini keçdiyini rahatlıqla söyləmək olar.

 

0
oxu.az