“Əsirlikdə olan vaxtı bir neçə gün pəncərəsiz və işıqsız yerdə saxlanıldıq. Bizə qarşı qeyri-insani hərəkətlər edirdilər. Hətta bizi Allahın suyuna belə möhtac qoyurdular”.
HİT.Az "Report"-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Həmidov Nahid Yaşar oğlu deyib.
N.Həmidovun sözlərinə görə, ermənilər 1992-1993-cü illərdə etdiyi terror aktlarını sadalayıb, fəxr edirdilər.
"Bir daha Ali Baş Komandan İlham Əliyevə Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm”, - o bildirib.