6-7 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən altı və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub.
HİT.Az-ın ANAMA-dan əldə etdiyi məlumata görə, ümumilikdə daxil olmuş 7 çağırış əsasında qurumun Xüsusi çevik əməliyyat qrupları və DİN əməkdaşları 13 operativ əməliyyat çıxışı həyata keçirilib.
İki gün ərzində aparılmış əməliyyat tədbirləri nəticəsində 216 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 40 - tank əleyhinə mina, 2 - silah, 2 - təlim mərmiləri, 3527 - müxtəlif çaplı patronlar və 11 - partlamış mərmi qalıqları aşkar edilib.
Agentliyin partlayış qrupu tərəfindən 1141 ədəd mina və PHS zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.